Xərçəng xəstəsiyəm mən sevindirin deməsi, geri dönüşə səbəb olub

Çempionlar Liqasının 5-ci təsnifat mərhələsi “Sevilya” – “Liverpul” matçında meydan sahiblərinin möhtəşəm geri dönüş etməsi ilə əlamətdar olub.

 

Newsport.az xəbər verir ki, İngiltərə mətbuatı Əndəlusiya təmsilçisinin bu oyunda 0:3 hesabı ilə geri düşdükdən sonra bir xal qazanması baş məşqçi Eduardo Berissonun xərçəng xəstəsi olması ilə bağlayıb. 

 

Britaniyalıların yazdığına görə, Berisso fasilədə futbolçulara “xərçəng xəstəsi olduğunu və oyunu onun üçün ən azı 1 xalla tərk etməli olduqlarını” deyib. 

 

“Sevilya”nın prezidenti Xose Kastro bununla bağlı açıqlama verib. O, məlumatı təkzib etməyib: “Bununla bağlı indi danışmaq istəmirəm. Sabahı gözləməliyik”.

 

Əndəlusluların futbolçusu Ever Baneqa bununla bağlı "Hər zaman arxamızda olan azarkeşlərimiz və baş məşqçimiz üçün ikinci hissəyə fərqli bir motivasiya ilə çıxmalıydıq" deyə fikir bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right