"Neftçi" və "Çelsi" rəsmilərinin görüşü olub Fotolar

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılacaq “Çelsi” dünən “Neftçi”nin ev oyunlarını keçirdiyi 8-ci km qəsəbə stadionunda məşqə çıxıb.

Newsport.az xəbər verir ki, bakılıların prezidenti Orxan Hüseynzadə və vitse-prezident Elnur Eyvazov adıçəkilən arenada qonaq olan London klubunun katibi Devid Bernard və baş məşqçi Antonio Konte ilə görüşüb. Klub rəsmiləri akademiyalar arasında əməkdaşlıq perspektivləri haqda fikir mübadiləsi aparıblar.

Ölkəmizin ən qocaman klubunda uşaq futbolunun inkişafına xüsusi əhəmiyyət verildiyini qonaqların nəzərinə çatdıran Hüseynzadə “Neftçi” Futbol Akademiyasının istedadlı yetirmələrinin “Çelsi”də təcrübə toplaması üçün İngiltərə təmsilçisinin nümayəndələrinə təklif irəli sürüb. Devid Bernard prezidentin təklifini müsbət dəyərləndirərək bu cür əməkdaşlığın faydalı olacağını vurğulayıb.

 

“ağ-qaralar”ın vitse-prezidenti Elnur Eyvazov dünyaşöhrətli klubu qonaq etməkdən məmnunluğunu bildirib. Qonaqpərvərliyə görə təşəkkür edən Antonio Konte stadiondakı məşqin təşkilindən razı qaldıqlarını söyləyib. Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Neftçi PFK adlı şəxsin şəkli.

Neftçi PFK adlı şəxsin şəkli.

Neftçi PFK adlı şəxsin şəkli.

Neftçi PFK adlı şəxsin şəkli.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right