"Qarabağ"dan xəbərsiz Simeone: "Gözümüz Bakıda olacaq"

UEFA Çempionlar Liqasında evdə "Roma"nı qəbul edən Madridin "Atletiko" klubunun çalışdırıcısı Dieqo Simeone bu oyundan öncə gözümüz Bakıdakı oyunda olacaq ifadələrini işlətib.

 

Newsport.az xəbər verir ki,  UEFA Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan ispan təmsilçisinin çalışdırıcısı bu gün “Roma”ya qarşı keçirəcəkləri matçdan danışıb. Təcrübəli  məşqçi italyanların sonuncu turda “Qarabağ”la oynayacaqlarını nəzərə almalı olduqlarını bildirib:

 

“Bu matç çox əhəmiyyətlidir. Bizim mübarizəmiz “Çelsi” ilədir. Çünki “Roma” son turda evdə “Qarabağ”a qarşı oynayacaq. Fikrimcə, onlar üçün daha asan qarşılaşma olacaq. Bizi isə Londonda ağır oyun gözləyir. Bu səbəbdən də italyanlara qalib gəlməkdən başqa çarəmiz yoxdur. Bizi ancaq bu qələbə qurtara bilər”.

 

Argentinalı çalışdırıcı “Roma” ilə oyundan öncə gözlərinin Bakıda olacağını da sözlərinə əlavə edib:

 

“Düzdür, biz yalnız “Roma” haqqında düşünürük. Azərbaycanda nə baş verirsə versin, biz qalib gəlməliyik. Düzdür, gözümüz Bakıda olacaq. Orada bizə sərf edən nəticəni gözləyəcəyik. Amma  “Qarabağ”a ümid bağlamazdan öncə öz qalibiyyətimzi haqqında fikirləşməliyik. Həyatda ən gözəl şeylərdən biri gözləmədiyiniz şeylərin baş verməsidir”.

 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu saat 21:00-da, “Atletiko” – “Roma” matçı saat 23:45-də başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right