"Qarabağ" "Çelsi"yə doğma meydanda məğlub oldu Yenilənib

“Qarabağ”ın U-19 komandas bu gün UEFA Gənclər Liqasında növbəti oyununa çıxacaq.Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv doğma meydanda “Çelsi”dən olan həmyaşıdları ilə qarşılaşacaq.

Newsport.az xəbər verir ki, ötən turda səfərdə gözlənilmədən “Atletiko”nu məğlub edən (1:0) gənc qarabağlılar bu qarşılaşmada da uğurlu nəticəni davam etdirmək niyyətindədirlər. Xatırladaq ki, Ağdam təmsilçisinin növbəti mərhələyə adlamaq şansı da qalır. Qrup lideri olan “Çelsi” Bakıya 3 xal ardınca gəlib. London təmsilçisi paytaxtımızdan 3 xalla ayrılmaqla, növbəti mərhələyə vəsiqəni təmin etməyi planlaşdırır.

Qeyd edək ki, bu komandalar arasında Londonda keçirilmiş ilk oyun “zadəganlar”ın 5:0 hesablı qələbəsi ilə nəticələnib.

UEFA Gənclər Liqası, 5-ci tur

22 noyabr

C qrupu

15:00 Qarabağ (Azərbaycan) - Çelsi (İngiltərə) 1-3

Qollar: Yaroslav Deda 53, Martell Teylor 61, Çarli 70, Joş Makran 76,

Baş hakim: Alper Ulusoy 

Baş hakimin köməkçiləri: Mehmet Emin Tuğral, Deniz Caner Özaral (hamısı Türkiyə) 
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan) 
Bakı. “Azərsun Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right