Koke: "Biz "Qarabağ"ın uğurlu nəticəsinə ümid etməliyik"

UEFA Çempionlar Liqasının qrupunda “Qarabağ”ın rəqibi olan “Atletiko Madrid” klubu bu gün "Roma" ilə qarşı-qarşıya gələcək. Oyundan öncə jurnalistlərin suallarını cavablandıran Madridlilərin oyunçusu Koke maraqlı açıqlamaları ilə çıxış edib.

Newsport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi onlar qalib gəlsələr belə, yenə də "Qarabağ"ın uğurlu nəticəsinə ümid etməli olduqlarını bildirib.  “Roma” üzərində qələbə bizə kifayət etməyəcək. Çünki bundan sonra biz “Qarabağ”ın “Çelsi”dən xal alacağına ümid etməliyik. Bu bizim üçün vacib amildir. Qazanmaq üçün də hər şeyi edəcəyik”. 

Qeyd edək ki, “Atletiko” – “Roma” oyunu Bakı vaxtilə saat 23:45-də başlayacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right