Kriştiano Ronaldodan daha bir rekord

Dünən Çempionlar Liqasının 5-ci turu çərçivəsində səfərdə Kiprin APOEL klubunun qonağı olan (6-0) “Real Madrid”in ulduz futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Newsport.az xəbər verir ki, H qrupunda yer alan “Kral klubu”, “Tottenhem”dən sonra mərhələ adlayan ikinci komanda olub. Oyunda dubl etməyi bacaran 32 yaşlı Ronaldo bu mövsüm ÇL-də 8 qol vuraraq, yeni rekorda imza atıb.

Ötən mövsümlə bərabər 2017-də  qollarının sayını 18-ə çatdıran portuqaliyalı, Çempionlar Liqasında bir mövsümdə ən çox qol atmağı bacaran futbolçu rekordunu qırıb.

Qeyd edək ki, daha öncəki rekord da Ronaldoya məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right