"Roma" uduzdu, "Qarabağ" avrokuboklarla vidalaşdı Yenilənib

Bu gün Çempionlar Liqasının qrup mərhələsində beşinci tura yekun vurulacaq. 


Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə A, B, C və D qrupunun iştirakçıları meydana çıxacaqlar. 

"Yuventus" İspaniya "Barselona"sını qəbul edəcək. "Qoca Sinyora" qələbə qazanacağı təqdirdə, ən azı qrup ikincisi kimi, 1/8 finala vəsiqə qazana bilər. Bunun üçün Portuqaliya "Sportinq"i Yunanıstan "Olimpiakos"u ilə ev oyununda xal itirməlidir. "Barselona"ya isə heç-heçə, hətta Sportinq" qələbə qazana bilməsə, məğlubiyyət də yetərli olacaq. 

 
"Qarabağ"ın yer aldığı C qrupunda isə "Atletiko" İspaniyada "Roma"nı sınağa çəkəcək. 4 turdan sonra İtaliya təmsilçisi 8 xalla qrup lideri, madridlilər isə 3 xalla qrup üçüncüsüdür. Qrupun digər görüşündə Azərbaycan komandası İngiltərənin "Çelsi" klubuna uduzsa, "Roma"ya 1/8 finala vəsiqə üçün heç-heçə də kifayət edəcək. 

 

Çempionlar Liqası, V tur

22 noyabr

A qrupu
 
21:00. MOİK (Moskva, Rusiya) - "Benfika" (Portuqaliya) 2:0 
Qol: Georgi Shchennikov, 13, Jardel (öz qapısına), 
 
23:45. "Bazel" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) 1:0 
Qol: Miçel Lanq
Xal durumu: "Mançester Yunayted" - 12, "Bazel" - 6, MOİK - 6, "Benfika" - 0.
 
B qrupu
 
23:45. PSJ (Fransa) - "Seltik" (Şotlandiya) 7:1
Qollar: Neymar, 9.22. Edinson Kavani, 28.79 Kilian Mbappe, 35. Marko Veratti, 75. Daniel Alveş, 80 - Moussa Dembele, 1
 
23:45. "Anderlext" (Belçika) - "Bavariya" (Almaniya) 1:2
Qollar: Sofiane Hanni, 63 - Robert Levandovski, 52. Tolisso, 77
Xal durumu: PSJ - 12, "Bavariya" - 9, "Seltik" - 3, "Anderlext" - 0
 
C qrupu
 
21:00. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) 0:4 
Qol: Eden Azar, 21- penalti ilə. Villian, 36.84 Sesk Fabreqas, 73-penalti ilə 
 
23:45. "Atletiko" (İspaniya) - "Roma" (İtaliya) 2:0
Qol: Antuan Qrizman, 68. Kevin Qameyro, 85
Xal durumu: "Roma" - 8, "Çelsi" - 7, "Atletiko" - 3, "Qarabağ" - 2
 
D qrupu
 
23:45. "Yuventus" (İtaliya) - "Barselona" (İspaniya) 0:0 
 
23:45. "Sportinq" (Portuqaliya) - "Olimpiakos" (Yunanıstan) 3:1 
Qol: Bas Dost, 40.66 Bruno Sezar, 43 - Vadis Odjidja-Ofoe 86 
Xal durumu: "Barselona" - 10, "Yuventus" - 7, "Sportinq" - 4, "Olimpiakos" - 1. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right