"Qarabağ" "Çelsi" qarşılaşması tam təhlükəsiz şəraitdə keçiriləcək Açıqlama

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" "Çelsi"ni qəbul edəcək.

Newsport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununda oyunu stadiondan izləyəcək azarkeşlərin təhlükəsizliyi üçün bütün tədbirləe görülüb. Bunu “Trend”ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib.

Rəis müavini bildirib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirlər planı təsdiqləyib: "Cənab nazirin təstiq etdiyi tədbirlər planına uyğun olaraq, əraziyə polis qüvvəsi cəlb ediləcək və azarkeşlərin təhlükəsizliyi təmin ediləcək". Xatırladaq ki, qarşılaşma üçün nəzərdə tutulmuş 67 500 bilet artıq satılıb.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:00-da start götürəcək.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right