"Qarabağ" "Çelsi"yə məğlub oldu Yenilənib

Bu gün "Qarabağ” komandası tarixində ilk dəfə vəsiqə qazandığı Çempionlar Liqasının qrup mərhələsində sonuncu ev oyununa çıxacaq. 
 
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi İngiltərə çempionu "Çelsi”ni qəbul edəcək.
Bakı Olimpiya Stadionunda üz-üzə gələcək kollektivlər qitənin ən nüfuzlu klub turnirində fərqli qrafik cızamaqdadırlar. Cari mövsümə evdə "Qarabağ” üzərində 6:0 hesablı qələbə ilə başlayan London təmsilçisi, daha sonra İspaniyada "Atletiko”nu üstələyib. Lakin "zadəganlar”ın İtaliya "Roma”sı ilə işləri düz gətirməyib. İngilislər baş məşqçiləri Antonio Kontenin həmyerliləri ilə duellərdən 1 xalla ayrılıblar. Evdə "canavarlar”la 3:3-lük heç-heçə edən "Çelsi”, rəqib meydanında 3 cavabsız qolla yenilib.

 

22 noyabr

Çempionlar Liqası

 IV tur

 
21:00. "Qarabağ” (Azərbaycan) - "Çelsi” (İngiltərə) 0-4
Qollar: Eden Hazard 21 (p), Willian 37, 85, Fabiregas 73,
Baş hakim: Manuel De Souza
Baş hakimin köməkçiləri: Alvaro Mesquita, Rikardo Santos
Dördüncü hakim: Nuno Pereyra
Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right