Əlyar Ağayevin idarə etdiyi oyunda "Beşiktaş" məğlub oldu

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının oyununu idarə edib.

 

Newsport.az xəbər verir ki, o, Türkiyənin “Beşiktaş” və Portuqaliyanın “Portu” klublarının U-19 komandalarının oyununda ədaləti qorumağa çalışıb. Qarşılaşma isə qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdə "Beşiktaş"ın heyətində U-17 millimizin üzvü olan Gülər Mətin 90 dəqiqə oyanyıb. U-17 millimizin digər üzvü olan Ege Atlam isə 83-cü dəqiqədə meydana daxil olub.

 

Ağayev bu oyunda 6 sarı vərəqə çıxarıb ki, onlardan dördü meydan sahiblərinə, qalan ikisi isə qonaq futbolçulara göstərilib.

 

Əliyara yan xətt hakimləri Mübariz Həşimov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını Türkiyədən olan Oğuzhan Uğurlu yerinə yetirib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right