"Beşiktaş" və "Real Madrid" növbəti mərhələdə Yenilənib

Çempionlar Liqasının E, F, G və H qruplarında növbəti oyunlar keçirilib.

Newsport.az-ın məlumatına görə, G qrupunda “Beşiktaş” evdə “Portu” ilə qarşılaşıb. Bu matçda “qartallar”a 1/8 finala vəsiqə qazanmaq üçün heç-heçə də sərf edirdi. Buna nail olan Türkiyə çempionu tarixində ilk dəfə ÇL-in 1/8 finalına vəsiqə qazanıb. Qrupun digər oyununda isə ilk 4 turdan sonra hələ də qələbəyə həsrət olan “Monako” 4 xala malik “Leyptsiq”i qəbul edib. Fransa çempionu bu görüşdə də məğlubiyyətə üzülüb.

F qrupunda “Napoli” evdə “Şaxtyor”la qarşılaşıb. Bu matç Neapol təmsilçisinin qrupdakı taleyinə aydınlıq gətirəcəkdi. İtalyanlar doğma azarkeşləri önündəki matçdan 3 xalla ayrılacağı halda, növbəti mərhələyə vəsiqə şanslarını qoruyub saxlayacaqdılar. Bu qarşılaşmada qeydə alınacaq başqa nəticə isə Donetsk təmsilçisini 1/8 finala daşıyacaqdı. Neapollular sürprizə imkan verməyiblər və darmadağınla qalib gəliblər. Qrupun digər oyununda isə "Mançester Siti" "Feyenoord"a qalib gəlib.

E qrupunda əsas diqqət “Sevilya” - “Liverpul” oyununa yönəlmişdi. “Qırmızılar” ispanlarla matçdan 3 xalla ayrılacağı təqdirdə, son turdan öncə növbəti mərhələyə vəsiqə qazanacaqdılar. Əndəlus təmsilçisi isə bu qarşılaşmada qalib gəlməyəcəyi halda, işini bir xeyli çətinləşdirmiş olacaqdı. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib. Qrupun digər oyununda isə Moskva "Spartak"ı "Maribor"la oyunda xal itkisi ilə üzləşib.

H qrupunda Dortmund “Borussiya”sı doğma meydanda artıq növbəti mərhələyə vəsiqəni təmin etmiş “Tottenhem”i məğlub etməsəydi, 1/8 final arzularının üzərindən xətt çəkməli olacaqdı. Almaniya klubu nəinki bu vəzifəsinin öhdəsindən gəlib, əksinə, doğma meydanda məğlubiyyətlə üzləşib. “Real” isə səfərdə APOEL-i üstələsə, növbəti mərhələyə vəsiqəni təmin edəcəkdi. Belə də olub. Madrid təmsilçisi darmadağınla qalib gəlib.

ÇL-dəki təmsilçimiz “Qarabağ” bu gün meydana çıxacaq. Ağdam təmsilçisi “Çelsi”ni qəbul edəcək.

21 noyabr

Çempionlar Liqası

 IV tur


E qrupu


“Spartak” (Rusiya) - “Maribor” (Sloveniya) - 1:1
Qollar
: Ze Luis, 82 (1:0),  Mesanoviç, 90+2 (1:1)

“Sevilya” (İspaniya) - “Liverpul” (İngiltərə) - 3:3
Qollar:
Firmino, 2 (0:1), Mane, 22 (0:2), Firmino, 30 (0:3), Ben Yedder, 51 (1:3); 60-pen (2:3), Pizarro, 90+3 (3:3)

 

1.

Liverpul

5

2

3

0

16:6

9

2.

Sevilya

5

2

2

1

11:11

8

3.

Spartak Moskva

5

1

3

1

9:6

6

4.

Maribor

5

1

1

3

2:15

2


 

F qrupu

“Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Hollandiya) 1:0
Qol:
Sterlinq, 88

“Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna) 3:0
Qollar:
İnsinye, 56, Zielinski, 81, Mertens, 83
 

 

1.

Mançester Siti 

5

5

0

0

14:3

15

2.

Şaxtyor Donetsk

5

3

0

2

7:8

9

3.

Napoli

5

2

0

3

10:9

6

4.

Feyenoord

5

0

0

4

3:13

0



G qrupu

“Beşiktaş” (Türkiyə) - “Portu” (Portuqaliya) - 1:1
Qollar:
 Felipe, 29 (0:1), Talişka, 41 (1:1)

“Monako” (Fransa) - “Leypsiq” (Almaniya) - 1:4
Qollar:
Jemerson, 6-avt (0:1). Verner, 9 (0:2); 31 (0:3), Falkao, 43 (1:3), Keita, 45 (1:4)

 

1.

Beşiktaş

5

3

2

0

9:4

11

2.

Portu

5

2

1

2

10:8

7

3.

Leipzig

5

2

1

2

5:8

7

4.

Monako

5

0

2

2

3:7

2

 

H qrupu

“Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə) 1:2
Qollar:
Aubameyanq, 31 (1:0), Keyn, 39 (1:1), Heunq-Min (1:2)

APOEL (Kipr) - “Real” (İspaniya) 0:6
Qollar:
Modriç, 23, Benzema, 39, Naço, 41, Benzema, 45+1, Ronaldo, 49; 54


 

1.

Tottenhem 

5

4

1

0

12:4

13

2.

Real Madrid

5

3

1

1

14:5

7

3.

Dortmund

5

0

2

2

4:8

2

4.

APOEL

4

0

2

2

2:8

2

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right