Tibo Kurtua: "Favorit bizik"

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Qarabağ”ın qonağı olacaq “Çelsi”nin qapıçısı Tibo Kurtua oyunöncəsi mətbuat konfransında iştirak edib. 
 
Newsport.az xəbər verir ki, belçikalı qolkiper birbaşa sualları cavablandırıb:
 
- Fiziki və mənəvi olaraq özünü necə hiss edirsən? Nəzərə alaq ki, təyyarədə uzun yol qət etmisiz və uzun ayaqları təyyarədə yerləşdirmək çətindi...
- Uçuş uzun oldu. Ancaq təyyarə rahat idi. Bundan sonra “Liverpul”la oyunumuz var. Sabahkı oyuna tam hazırıq.
 
- İngilis vaxtına öyrəşmisiz. Bu da o deməkdi ki, Bakı vaxtı ilə gecə saat 2-də, 3-də yatacaqsız?
- Həmişəki kimi saat 23:00-da yatacam. Təbii ki, Bakı vaxtı ilə.
 
- Sabah “Qarabağ”la qarşılaşacaqsız. Ancaq demək olar ki, siz daha çox “Liverpul” barədə düşünürsüz?
- Biz tam olaraq sabahkı oyuna köklənmişik. Düzdü, bu komanda ilə oyunumuzda böyük hesabla qalib gəldik. Ancaq nəzərə alaq ki, bu, “Qarabağ”ın ÇL-də ilk oyunu idi. Bu matçdan sonra “Roma” ilə qarşılaşmada yaxşı təsir bağışladılar. “Atletiko” ilə isə iki dəfə heç-heçə etdilər.
 
- Necə düşünürsüz, sabah Bakıdan 3 xalla ayrıla biləcəksiz?
- Hədəfimiz budu. Favorit bizik. Bu oyunda qələbə bizə növbəti mərhələyə vəsiqəni təmin edəcək. Çalışacağıq ki, erkən qola imza atıb, rəqibi təzyiq altında saxlayaq.  
 
- Növbəti mərhələyə qrup 2-cisi kimi vəsiqə qazanmaqdan qorxmursuz ki?
- Biz ilk növbədə vəsiqəni təmin etmək barədə düşünürük. Bundan sonra 1-ci və ya 2-ci yeri tutmaq barədə düşünə bilərik. Ümumiyyətlə, ÇL-in 1/8 final mərhələsində asan rəqib olmur. Elə ola bilər ki, 1-ci olub, növbəti mərhələdə çətin rəqiblə düşək. Hazırda bu barədə düşünmürük.
 
- “Qarabağ” barədə nə deyə bilərsiz? Sizcə, komanda necə oldu ki, “Atletiko”ya iki oyunda da uduzmadı? Ümumiyyətlə, “Qarabağ”ın hansı xüsusiyyətlərindən çəkinirsiz?
- “Qarabağ” ilk oyundan sonra daha yaxşı təsir bağışlamağa başladı. Əsasən hücumçuları daha yaxşı idi. Bu komanda xüsusilə, əks-hücumda daha təhlükəli olurlar. Fikrimcə, öz oyunumuzu sərgiləsək, “Mançester Yunayted” və “Vest Bromviç”lə oyunlardakı kimi qələbə qazana bilərik.
 
- Bu, Bakıya ikinci səfərinizdi. Bundan öncə “Atletiko” ilə səfər etmişdiz. Bu şəhər sizin yadınızda necə qalıb?
- 4 il bundan əvvəl burda olmuşduq. Ümumiyyətlə, burda 3 dəfə olmuşam. Mədəniyyətiniz, insanların mehriban olmasını xüsusi qeyd edərdim. Ümid edirəm ki, sabahkı oyun hər iki tərəf üçün uğurlu olar. 
 
- Yeni müqavilə barədə nə deyə bilərsiz?
- Daha çox öz oyunum üzrəində düşünürəm. Bu məsələ ilə menecerim məşğul olur. Bu barədə nə isə deyə bilmərəm. Mövsümün sonunda bu məsələyə qayıdacağıq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right