Tahir Gözəl: " Nəticə nə olursa olsun “Qarabağ”ın möhtəşəm oyun göstərəcəyinə ümid edirəm”

“Çox ağır qrupa düşmüşük. Rəqiblərimiz milyardlıq komandalardır. Heyətində dünyanın məşhur futbolçuları var".

Newsport.az xəbər verir ki, bu sözləri Qol.az saytına açıqlamasında “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib. Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Çelsi”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayan T. Gözəl komandasından gözəl oyun gözlədiyini vurğulayıb:

 

“Heyətində dünyanın məşhur futbolçuları var. “Çelsi”yə ilk oyundakı böyükhesablı məğlubiyyəti kənara qoyaq. Londonda oyunumuz alınmadı. “Qarabağ” topa nəzarəti itirmişdi. Bakıda isə möhtəşəm azarkeş dəstəyi ilə “Roma” və “Atletiko”ya qarşı keçirdiyimiz gözəl oyunları “Çelsi” ilə matçda da görmək istəyirəm. Nəticə nə olursa olsun “Qarabağ”ın möhtəşəm oyun göstərəcəyinə ümid edirəm”.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu sabah saat 21:00-da başlayacaq. Bu komandalar arasında Londonda keçirilən ilk oyunda Ağdam klubu 0:6 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right