"Təzyiq altında onlar olmalıdılar" - Dino Ndlovu

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın hücumçusu Dino Ndlovu oyunöncəsi mətbuat konfransında iştirak edib.

Newsport.az xəbər verir ki, cənubi afrikalı hücumçu oyunun vacibliyinin fərqində olduqlarını deyib:

- Komandada hər kəs bu oyunun vacibliyini bilir. “Çelsi”yə çox böyük hörmətimiz var. Lakin ilk oyundakı nəticə “Qarabağ”ın real gücünü əks etdirmir. Sabah sona kimi mübarizə aparacağıq.

- Komandanın Avroliqaya çıxmaq şansı var. Bu, komanda üzərində əlavə təzyiq yaratmır ki? 
- Hər zaman növbəti oyuna köklənirik. Digər oyun barədə düşünmürük. Rəqib favoritdi. Buna görə, təzyiq altında onlar olmalıdılar. 3-cülük şansımız varsa, bunun üçün sonadək mübarizə aparacağıq. Yoxdusa, növbəti mövsümə köklənəcəyik.

- Premyer Liqada yaxşı oyununuzla seçilirsiz. Olimpiya stadionunda keçirilən son çempionat oyununda da gözəl qola imza atdız. Bu amil sizə “Çelsi” ilə oyunöncəsi əlavə motivasiya verir? 
- Qol önəmli deyil. Əsas komandana kömək edə bilməkdi. Bunu komandada hamı bilir. Bütün komanda da bunun üçün mübarizə aparır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right