"Çelsi" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

Çempuionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la qarşılaşacaq "Çelsi" bu oyuna itkilərlə çıxacaq.

Newsport.az xəbər verir ki, "zadəganlar"ın nigeriyalı futbolçusu Viktor Mozes Ağdam təmsilçisinə qarşı oynamayacaq. Vinger məşqlərə başlasa da, zədəsini tam bərpa etməyib. Londonluların çalışdırıcısı Antonio Konte Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə Mozesə şans verməyəcək.

26 yaşlı futbolçuyla yanaşı, Mişi Batşuayi və Alvaro Morata da "Qarabağ"a qarşı forma geyinməyəcəklər. Antonio Konte bu oyunda hücumun sivri ucunda Pedro Rodriqesə, ya da Eden Azara şans verməyi planlaşdırır.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı noyabrın 22-də  keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right