"Qarabağ" "Çelsi" matçını türkiyəli hakimlər briqadası idarə edəcəklər

UEFA Gənclər Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ” U-19 – "Çelsi” U-19 matçının hakim təyinatları açıqlanıb.

 

Newsport.az xəbər verir ki, qarşılaşmada söz sahibi Türkiyə Futbol Federasiyasından Alper Ulusoy olacaq. Onun köməkçiləri Mehmet Emin Tuğral ve Deniz Caner Özaral olacaq. Dördüncü hakim funksiyasını azərbaycanlı referi Orxan Məmmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, "Azersun Arena"da keçiriləcək "Qarabağ"  - "Çelsi" matçı sabah saat 15:00-da başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right