"Real" Kiprə onsuz gedir

“Real Madird" Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə APOEL-in qonağı olacaq. Lakin olnlar oyun qabağı ciddi itki ilə üzləşiblər.

Newsport.az xəbər verir ki, komandanın kapitanı Serxio Ramosun adı, oyunun iştirak ərizəsinə daxil edilməyib. Buna səbəb isə 31 yaşlı futbolçunun La Liqanın 12-ci turunda “Atletiko” ilə oyunda burnundan zədələnməsi olub. İspaniyalı müdafiəçi Kiprə yollanacaq heyətdə yer almayıb. Baş məşqçi Zinəddin Zidan təcrübəli futbolçuya istirahət vermək qərarına gəlib.

Qeyd edək ki, APOEL – “Real” oyunu noyabrın 21-i, saat 23:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right