"Qarabağ" "Çelsi" matçının mətbuat konfranslarının vaxtı açıqlanıb

Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Çelsi" (İngiltərə) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.

 

Newsport.az xəbər verir ki, noyabrın 21-də baş Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov saat 13:30-da Bakı Olimpiya Stadionunda media mənsublarının önünə çıxacaq.


"Qarabağ"ın son məşqi isə saat 17:40-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Çelsi"nin baş məşqçisi Antonio Konte isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İngiltərə təmsilçisinin son məşqi isə saat 15:00-da "Bakcell Arena"da baş tutacaq.


Qeyd edək ki, "Çelsi"nin mətbuat konfransında iştirak etmək istəyən media mənsubları üçün "Azərsun Arena"dan Bakı Olimpiya Stadionuna xüsusi avtobus ayrılacaqdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right