Manuel de Souzanın yolu yenidən Bakıya düşüb.

“Qarabağ”ın Çempionlar Liqasında “Çelsi” ilə oyununu idarə edəcək Manuel de Souzanın yolu yenidən Bakıya düşüb.

 

Newsport.az xəbər verir ki, portuqaliyalı ədalət təmsilçisi daha əvvəl də paytaxtımızda fit çalıb. O, 2012-ci ildə Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Neftçi”nin “Rubin”lə ev oyununda (0:1) ədaləti qorumuşdu. Souzda həmin görüşdə qonaqların 3, bakılıların isə 1 futbolçusuna sarı vərəqə göstərmişdi. 

 

2006-cı ildən FİFA referisi statusunu daşıyan pirineylinin kifayət qədər təcrübəsi var. 42 yaşlı hakim indiyə kimi 67 beynəlxalq matçda fit çalıb. O, bu oyunlarda futbolçulara 265 sarı, 13 qırmızı vərəqə göstərib. Referi bundan savayı 22 dəfə də qapılara penalti təyin ediblər. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right