Antonio Konte: "Qarabağ"la oyun mövsümün ən vacib qarşılaşması olacaq" Müsahibə

Çempionlar Liqasınınn 5-ci turunda qrup mərhələsi çərçivəsində paytaxtımızda “Qarabağ”ın qonağı olacaq “Çelsi”nin çalışdırıcısı Antonio Konte açıqlama verib.

 

Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis  təmsilçimizlə oyunu mövsümün ən vacib matçı adlandırıb:

 

“Qarabağ”la matç indiki mərhələ üçün mövsümün ən vacib oyunu olacaq. Qələbə qazanacağımız halda biz ÇL-də 1/8 finala çıxacağıq. İndi bizim başqa problemimiz var. “Qarabağ”la oyundan sonra 5-6 saat yol qət edəcəyik və üçüncü günü səhər Londonda olacağıq. Şənbə günü isə “Liverpul”la qarşılaşacağıq. Mən bunu normal hesab etmirəm”.

 

Qeyd edək ki, sözügedən oyun noyabrın 22-i saat 21:00-da Bakı Olimpiya Stadionunda start götürəcək. 

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah