Oyunçu gecə klubunda əyləndiyi üçün heyətdən kənarlaşdırıldı

“Borussiya Dortmund”un  ulduz tutbolçusu Obameyanq "Şutudqart"la matç öncəsi intizamsızlıq etdiyinə görə oyun üçün nəzərdə tutulmuş heyətdən kənarlaşdırılıb.

Newsport.az xəbər verir ki, Almaniya mətbuatında yayılan məlumatlara əsasən Obameyanq oyunöncəsi məşqlərə mütəmadi olaraq gəlmədiyi üçün heyətə salınmayıb. Hücumçunun milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edib, Barselonaya getdiyi və hazırda sabiq komanda yoldaşı Osman Dembeleni ziyarət etməsi və gecə klubunda əylnməsi bildirilir.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2013-cü ildən "Borussiya Dortmund" klubunda forma geyir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right