Simeone "Qarabağ"la oyunu xatırlatdı: "Bunu davam etdirmək lazımdı"

İspaniya çempionatının 11-ci turunda “Deportivo” üzərində 1:0 hesablı qələbə qazanan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone qarşılaşmadan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, mütəxəssis komandasının oyunundan razılıq edib. Simeone Çempionlar Liqasının 4-cü turunda evə “Qarabağ”a qarşı keçirdikləri matçın ikinci hissəsindəki kimi oynadıqlarını bildirib:

“Bu bizik. Belə də oynamalıyıq. Hər zaman meydanda üstünlük qazanmalıyıq. “Qarabağ”la matçın ikinci hissəsində də belə çıxış etmişdik. Bunu davam etdirmək lazımdır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right