"Real" 2 il yarımdan sonra uğursuz seriyanı təkrarlayıb

Çempionlar Liqasının qrup mərhələsi çəriçivəsində dünən səfərdə “Tottenhem”ə məğlub olan “Real” (1:3) 2 il yarımdan sonra uğursuz seriyanı təkrarlayıb.

Newsport.az xəbər verir ki, madridlilər Zinəddin Zidanın rəhbərliyi altında ilk dəfədi ki, ardıcıl 2 matçda yenilib.

Oktyabrın 29-da La Liqada “Jirona”ya məğlub olan (1:2) “Real” dünən də Lodonda yenilib. Komanda sonuncu dəfə 2015-ci ilin martında ardıcıl 2 oyunda məğlubiyyətlə barışmalı olmuşdu. Belə ki, həmin vaxt Karlo Ançelottinin rəhbərliyi altında “Real” La Liqada ardıcıl 2 tur “Atletiko” (0:1) və “Barselona”ya (1:2) məğlub olmuşdu.

Qeyd edək ki, dünənki məğlubiyyətdən sonra “Real” 7 xalla 2-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right