De Rossi: "Qarabağ" göstərdi ki, asan rəqib deyil"

"Romada Çempionlar Liqası ilə əlaqədar möhtəşəm futbol gecələrinə tez-tez rast gəlmək mümkün deyil".

Newsport.az xəbər verir ki, bu sözləri "Roma"nın futbolçusu Daniele de Rossi deyib. 

"Canavarlar" Çempionlar Liqasının qrup mərhələsinin IV turunda öz meydanında "Çelsi"ni 3:0 hesabı ilə məğlub edib. Oyun barədə ölkəsinin mətbuatına açıqlama verən yarımmüdafiəçi fikirlərini bildirib.

O, "Çelsi" ilə qarşılaşmada çox vacib qələbə qazandıqlarını vurğulayıb: "Çox vaxt qapımızdan qol buraxırıq. "Çelsi" ilə oyunda rəqibin fərqlənməsinə imkan vermədik. Azarkeşlərimiz qrup lideri olacağımıza inanırdı. Bu pilləni əldən verməməliyik".

Rossi qrupdakı son iki oyun haqda danışıb: "Bəli, bizim qarşıda 2 çətin oyunumuz var. Evdə qəbul edəcəyimiz "Qarabağ" göstərdi ki, asan rəqib deyil. Əvvəlki illərdə ciddi rəqiblərlə oyunda müdafiəyəmeyilli oynayırdıq. İndisə daha aqressiv təsir bağışlayırıq. Bu, irəli atılan addımdır".

Qeyd edək ki, "Qarabağ" IV turda səfərdə "Atletiko" ilə heç-heçə (1:1) edib. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right