“Qarabağ” hər kəsə olduğu kimi, bizə də problem yaratmışdı Müsahibə

Çempionlar Liqasında “Qarabağ”la bir qrupda mübarizə olan “Roma”nın baş məşqçisi Eysebio di Françesko "Çelsi"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 Newsport.az xəbər verir ki, italiyalı çalışdırıcı "Atletiko" - "Qarabağ" matçınının (1:1) nəticəsinə də toxunub: 

“Biz də “Qarabağ”la bir dəfə qarşılaşmışıq. Çətin səfər oyunundan üzüağ çıxmışıq. Etiraf edirəm ki, “Qarabağ” hər kəsə olduğu kimi, bizə də problem yaratmışdı. Avrokuboklarda heç vaxt asan qələbə olmur. Bütün oyunlara ciddi yanaşmaq məcburiyyətindəyik”.  

Xatırladaq ki, "Roma" Bakıda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right