"Qarabağ"ı Madridə aparan təyyarədə ana-bacı söyüşü

“Atletiko” ilə qarşılaşmaq üçün Madridə yollanan “Qarabağ”ı aparan təyyarədə rüvayçılıq yaşanıb. 

Newsport.az-ın məlumatına görə, azarkeş kimi klubun təyyarəsində səfərə çıxanlar arasında idmançı Kamil Zeynallı da olub.

Sosial şəbəkədəki hesabından canlı yayım edən Zeynallı burada istifadəçilərdən birinin ana-bacısını söyüb. Bu azmış kimi o, bilmədən “Qarabağ”ın futbolçusu Donald Geryeyə qarşı da irqçilik edib.

Bu isə heç də xoş görüntü deyil. Sual yaranır, azarkeş kimi İspaniyaya aparılan birinin futbolçuların əyləşdiyi salonda nə işi var? Baş verənlər klubu ictimaiyyət qarşısında gözdən salır. Düzdü, Kamilin öz “İnstagram” səhifəsində də qeyd etdiyi kimi onu Ağdam təmsilçisinin rəhbəri Tahir Gözəl dəvət edib. Amma bu ona rəvac vermir ki, bu cür hoqqalardan çıxsın. Təbii ki, kimi səfərə aparıb-aparmamaq klubun öz işidi. Amma Tahir bəy, yaxşı olmazdımı ki, ora "Azərsun Arena"nın yolunu tanımayanlardansa “İmarət”, “Qarabağ Ordu”, "Boys Qarabag" və ya digər fan-klubun üzvünü aparardınız? Hansı ki, məhz həmin insanlardı ki, yağışda, qarda "Qarabağ"ı dəstəkləyirlər. 

Jurnalistləri aşağıladığına görə klubdan uzaqlaşdırılan tərcüməçi Əfqan Xəlilliyə qarşı atılan addımı Zeynallıya etmək mümkün deyil. Çünki Əfqan bəydən fərqli Kamilin "Qarabağ"a bağlılığı yoxdu. Amma ən azı Zeynallının adını qara siyahıya salıb növbəti matçlar üçün bir də səfərə aparmamaq olar. 
 

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right