Tomas: "İkinci qolu vurmaq üçün bəxtimiz gətirmədi

"Atletiko" Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda təmsilçimiz "Qarabağ"ı qəbul edib və 1:1 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra Madrid klubunun yarımmüdafiəçisi Tomas Partey açıqlama verib:

“İkinci qolu vurmaq üçün bəxtimiz gətirmədi. Əla oyun nümayiş etdirdik. Xeyli qol vəziyyətləri yaratdıq. Biz hər oyunda qollar vurmağa çalışırıq. İndi silahımızı aşağı sala bilmərik".

"Hindular"ın yeganə qolunun müəllifi olan qanalı müdafiəçi sona qədər mübarizə aparacaqlarını deyib: "Sona qədər mübarizə aparmaq və təslim olmamaq lazımdır. Hələ də böyük işlər görə bilərik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right