"Atletiko" - "Qarabağ" oyununun ən yaxşısı Miçel seçildi

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində İspaniyada keçirilən "Atletiko” - "Qarabağ” oyununun ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Miçel bu görüşün ən yaxşısı seçilib.

Qeyd edək kİ, Madriddəki “Vanda Metropolitano” stadionunda baş tutan bu matç 1:1 hesabıyla başa çatıb. “Qarabağ”ın bu görüşdəki yeganə qolunu da məhz 32 yaşlı ispaniyalı futbolçu vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right