Dieqo Qodin: "Taleyimiz öz əlimizdə deyil"

"Atletiko" Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda təmsilçimiz "Qarabağ"ı qəbul edib və 1:1 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, oyundan sonra Madrid klubunun müdafiəçisi Dieqo Qodin açıqlama verib:

"Qalib gəlmək üçün hər şey etdik, alınmadı. Bəzən özünü də tənqid etməlisən.Bu anda birlikdə olmalıyıq və azarkeşlərimiz bizə dəstək nümayiş etdirməlidirlər. Hazırda yaxşı vəziyyətdə deyilik. Hamımız bir-biriməz kömək etməli və bu çətin durumdan çıxmalıyıq".

Uruqvaylı futbolçu qrupdan çıxmaq şanslarından danışıb: "Hazırda işimiz çox çətindir. Çempionlar Liqasında müarizəni dayandıra da bilərik. Artıq taleyimiz öz əlimizdə deyil".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right