Dieqo Simeone: "Bəhanələr axtarmaq istəmirəm"

"Atletiko" Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda təmsilçimiz "Qarabağ"ı qəbul edib və 1:1 hesablı heç-heçə edib.
 

Newsport.az xəbər verir ki, oyundan sonra Madrid klubunun baş məşqçisi Dieqo Simeone açıqlama verib:

"Bəhanələr axtarmaq istəmirəm. Oyuna yaxşı başlasaq da, ardını gətirə bilmədik. Qol buraxanda isə oyun nizamımız pozuldu. İkinci hissədə isə arzuladığımız nəticəni qazana bilmədik. "Qarabağ"ın qolkiperi bu gün möhtəşəm oyun keçirdi".

Simeone son matçlardakı uğursuz nəticələrə görə məsuliyyəti öz üzərinə götürüb:

"Selta" üzərində qələbədən sonra "Elçe", "Qarabağ" və "Vilyarreal"la qarşılaşmalarda istədiyimizi edə bilmədik. Əlbəttə, bunlara görə də məsuliyyəti mən daşıyıram. Bu vəziyyət bizə çox zərər vurur. Biz həmişə bu cür oynamışıq. İndi bu sistemimizlə alınmır. Qələbələr qazananda hamı sizdən danışacaq, məğlubiyyətdə isə hamının fikri dəyişir".

Argentinalı mütəxəssis qrupdakı şansları barədə danışıb:

"Son iki oyunda qalib gəlmək məcburiyyətindəyik. "Roma" ilə oyunda qələbə üçün oynayacağıq. O oyunun nəticəsinə görə də taleyimizə aydınlıq gələcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right