"Hər şey istədiyimiz kimi oldu" Dani Kintana

"Möhtəşəm oyun alındı. Nəticəyə görə çox xoşbəxtik. Çox çətin oyun idi. Bir neçə itkilərimiz vardı. Bu amil matçı daha çətin edirdi"

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Dani Kintana Çempionlar Liqasında qrup mərhələsinin IV turunda "Atletiko" (1:1) ilə matçdan sonra deyib. Matçdan fikirlərini bildirən oyunçu bunları deyib:

Matçın ilk 25 dəqiqəsi çətin oldu, ancaq bacardıq. Öz işimizin öhtəsindən yaxşı gəldik. Rəqibə qarşı müdafiə olunmaq çətin olsa da, bunu bacara bildik. Düşünürəm ki,  hər iki tərəfin çoxlu qol epizodları oldu. Bu nəticəyə layiq idik. 

- Oyundan öncə bu nəticəyə inanırdınızmı?

- Biz həmişə inanırıq. Bu səbəbdən də yaxşı nəticələr əldə edirik. Oyunun əvvəlində heç kim düşünmür ki, bu matçı uduzacağıq. Hər kəs qalib gəlmək istəyir. Buna görə də bizim qələbəyə inamımız olub.

- Qırmızı vərəqədən sonrakı dəqiqələr sizə çətinlik yaratdımı?

- Çətin oldu. Biz hücum edirdik, ancaq qırmızı vərəqədən sonra məcbur olub müdafiədə oynadıq. Rəqib bizdən güclüdü. Xüsusilə qırmızı vərəqədən sonra daha güclü müdafiə olunmaq lazım gəlir. Baş məşqçinin tapşırıqlarına əməl etdik və hər şey istədiyimiz kimi oldu. Döyüşdük. Bizdən tələb olunan bu idi. "Atletiko" kimi güclü komandaya qarşı iki dəfə heç-heçə etdik.

- Üçüncülük barədə düşünürsünüzmü? 

- Biz hər oyundan həzz alırıq. Növbəti oyun "Çelsi"yə qarşıdı və bu matçdan da zövq almağa çalışacağıq. Hal-hazırda növbəti rəqib barədə düşünə bilərik





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right