“Atletiko” - “Qarabağ” matçında “Armenia” plakatı

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ” səfərdə “Atletiko” ilə qarşılaşır.

Newsport.az xəbər verir ki, “Vanda Metropolitano” stadionunda keçirilən oyuna bir qrup azarkeş “Armenia” yazılmış böyük pankartla gəlib. Qapı arxasında açılmış pankartda “Atletiko”nun emblemi də əks olunub. Pankartın erməni təxribatçılara, yoxsa təmsilçimizdə qıcıq yaratmağa çalışan “Atletiko”nun fan-klublarından birinə məxsus olması məlum deyil.

Hazırda ikinnci hissəsi oynanılan qarşılaşmada hesab 1:1-di.

komanda.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right