"Qarabağ" "Atletiko Madrid"ə hansı gücə sahib olduğunu göstərdi

Bu gün olkə çempionumuz “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində  İspaniyanın və dünyanın adlı-sanlı kulublarından  olan “Atletiko Madrid”in səfərdə qonağı olub.

Newsport.az xəbər verir ki, 3 xala səhrada su kimi ehtiyyac duyan “Madrid Atletiko”sunu “köhlən atlar” suya həsrət qoyub.Beləki oyunun ilk dəqiqələrindən hücuma atılan madridlilər “Qarabağ”ın qapısı ağzında təhlükəli qol epizodları yaratsalar da, ilk olaraq hesabı açan tərəf qonağlar olub. Oyunun 40-cı dəqiqəsində Michel ev sahibini meydanın mərkəzinə dəvət edib. Matçhın ilk hissəsi bu hesabla başa çatıb.

Oyunun ikinci hissəsi də gərgin mübarizə şəraitində keçib ilk hissəni 0-1 geridə başa vuran ev sahibi gözlənildiyi kimi ikinci hissəyə hücumlarla başlayıb və bunun nəticəsi olaraq 55-ci dəqiqədə Tomas hesabı bərabərləşdirib.Qalan dəqiqələr ərzində hesab dəyişməyib (1-1) və komandalar hərəyə bir xalla meydandan ayrılıblar.Bakıdakı oyundan oncə mətbuat konfransında jurnalistin “Qarabağ”ı nə dərəcədə analiz etmisiz”? sualına, “buna vaxtım olmayıb” deyə cavab verən Dieqo Simioune  yəqinki bu oyundan sonra “Qarabağ”ı bütün ömrü boyu xatırlayacaq.

Qeyd edək ki, bu nəticədən sonra “Qarabağ” xallarının sayını 3-ə çatdırıb, “Atletiko Madrid” isə 4 xalla 3-cü yerdə qərarlaşıb.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right