"Qarabağ"ın taleyi bu şəxsin əıində

Çempionlar Liqasında “Qarabağ”ın “Atletiko” səfərində oyununu idarə edəcək türk əsilli almaniyalı hakim Deniz Aytekin ilk dəfə təmsilçilərmizən kiminsə matçına təyinat alır. Buna baxmayaraq, 39 yaşlı referi kifayət qədər tanınmış hakimdi.

Newsport.az xəbər verir ki, UEFA-nın 1-ci dərəcəli hakimlər kateqoriyasına daxil olan ədalət təmsilçisi 2012-ci ildən ÇL-in qrup mərhələsində oyunlar idarə edir. Aytəkin azarkeşlərə daha çox ötən mövsüm ÇL-in 1/8 finalında keçirilən “Barselona” – PSJ matçından tanışdı. Kataloniyalıların Parisdəki 0:4 hesablı yenilginin revanşında rəqibini 6:1-lik nəticə ilə mübarizədən kənarlaşdırdığı görüşdə onun meydan sahiblərinin lehinə verdiyi mübahisəli qərarlar bir çoxlarının narazılığına səbəb olmuşdu. Bu görüş onun cari ÇL-də 2-ci təyinatıdı. O, daha əvvəl də “Maribo” – “Spartak” oyununu idarə edib. O, indiyə kimi "Atletiko"nun 1 qarşılaşmasında da fit çalıb. ÇL-in 2013/14 mövsümündə madridlilərin evdə "Portu"nu üstələdiyi (2:0) matçın baş hakimi məhz o olub. 

2011-ci ildən FİFA referisi statusunu daşıyan bu müddətdə idarə etdiyi 57 beynəlxalq oyunda futbolçulara 242 sarı, 17 qırmızı vərəqə göstərib. O, həmçinin 27 dəfə də qapılara penalti təyin edib. 

Maraq üçün bildirək ki, ixtisasca iqtisadiyyatçı və internet meneceri olan hakimin xobbisi idman və musiqidi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right