"Qarabağ"dan "Çelsi" azarkeşlərinə 3664 bilet

"Çelsi"nin azarkeşlərinə Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la səfər oyunu üçün  3664 bilet ayrılıb.

Newsport.az-ın London klubunun saytına istinadən yaydığı xəbərə görə, biletlər 2 - 10 noyabrda satışda olacaq. Qiymət isə 4.5 funt sterlinq (10 manat) müəyyənləşdirilib.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right