“Atletiko” ilə oyunun bütün biletləri satıldı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Madrid "Atletiko"suna qarşı keçirəcəyi səfər oyunu üçün Ağdam klubuna bilet ayrılıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycanda yaşayan azarkeşlər üçün Bakıda satışa çıxarılan biletlərin ümumi sayı 200 ədəd olub və bu günə olan məlumata görə, həmin biletlərin hamısı satılıb. Bu barədə Ağdam klubunun "Facebook" səhifəsi məlumat yayıb.

Qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Atletiko” - “Qarabağ” oyunu oktyabrın 31-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right