"Qarabağ"ın səfər matçını izləmək istəyən azarkeşlərin nəzərinə

"Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın "Atletiko" klubuna qarşı keçirəcəyi səfər matçını stadiondan izləmək istəyən azarkeşlər bu oyunun biletlərini Ağdam klubunun bazasından ala bilərlər. 

Newsport.az-ın məlumatına görə bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, azarkeşlər saat 10:00-dan saat 18:00-a qədər bazaya yaxınlaşaraq həmin biletləri əldə etmək şansına malikdir.

Yalnız bilet satışıyla bağlı əlavə məlumat üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: (055) 400-49-18.

Qeyd olunur ki, ödənişlər yalnız avroyla həyata keçirilir. Bir biletin qiyməti 30 avrodu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right