"Qarabağ" - "Atletiko" matçını nə qədər azarkeş izlədi?

“Qarabağ”ın evdə “Atletiko” ilə oyununu stadiondan izləyən azarkeşlərin sayı bəlli olub.

Newsport.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçı 47 923 azarkeş izləyib.

Bu, “Roma” ilə ötən tur keçirilən görüşdən 20 000 nəfər az deməkdi. “Canavarlar”la Bakıdakı matç 2-ci turun ən çox azarkeş toplayan oyunu idisə dünənki qarşılaşma ilk 5-liyə düşə bilməyib. Madridlilərlə oyun ən çox tamaşaçı toplayan 6-cı görüş olub. İlk yerləri isə bu matçlar tutub:

1. “Real” (İspaniya) - “Tottenhem” (İngiltərə) - 1:1

(76589)

2. “Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya) - 3:0

(70000)

3. “Benfika” (Portuqaliya) - “Mançester Yunayted” (İngiltərə) - 0:1

(57684)

4. “Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan) - 3:1

(55026)

5. “Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) - 2:1

(48520) 

Maraq üçün bildirək ki, turun ən az azarkeş toplayan görüşü “Monako” – “Beşiktaş” (1:2) görüşü olub. “Stad de Luis ll”-də keçirilən görüşü cəmi 7403 azarkeş izləyib





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right