Felipe Luiz: "Həmişə "Qarabağ"a qarşı oynadığımız kimi oynasaq..."

"Bu qədər anlaşılmazlıq ola bilməz. Məşqlər zamanı özümüzü yaxşı hiss etsək də, meydanda özümüzü göstərə bilmirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Atletiko"nun futbvolçusu Felipe Luis deyib. 

Madrid klubu Çempionlar Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"ın qonağı olub. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb. 

Matçdan sonra açıqlama verən müdafiəçis fikirlərini bildirib: "Bizim qarşımıza qoyduğumuz hədəflərimiz var. Amma həmişə "Qarabağ"a qarşı oynadığımız kimi oynasaq, heç nə edə bilmərik. Bakıdan 1 xalla ayrılmaq bizim üçün çox pis nəticədi və bu oyunu analiz etmək üçün vaxtımız çox azdı".

Luis "Atletiko"nun zəif çıxış etməsinin səbəbin i belə izah edib: "Biz keçən mövsümkü heyətimizlə mübarizə aparırıq. Amma niyə belə zəif çıxış edirik? Bu sualın cavabını axtarmalıyıq və yxşı nəticə çıxarmalıyıq".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right