Hafiz Məmmədov “Qarabağ”ın oyununda

Xəbər verdimiymiz ki, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ” öz meydanında “Atletiko” ilə heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, tarixi oyunu izləyənlər arasında azərbaycanlı iş adamı, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov da olub.

O, matçı “Atletiko”nun prezidenti Enrike Serezo ilə birlikdə izləyib. 

“Hafka” oyundan sonra “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəllə görüşüb və daha sonra onunla futbolçuların geyinmə-soyunma otağına gedib.

Qeyd edək ki, “Bakı”nın sabiq baş məşqçisi, “Atletiko”nun əfsanəsi Milinko Pantim də H. Məmmədovla birlikdə olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right