Tahir Gözəl: "Mən “Qarabağ”ı qalib sayıram"

"Qarabağ" bir daha sübut etdi ki, dünyanın, Avropanın ən nəhəng klubları ilə yaxşı mübarizə apara bilər".

Newsport.az-ın məlumatına görə, bu sözlər "Qarabağ"ın vitse-przidenti Tahir Gözələ məxsusdur. 

Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinin III turunda öz meydanında "Atletiko"nu qəbul edib. Matç 0:0 hesablə bərabərliklə başa çatıb. 

Matçdan sonra jurnalistlərin sualllarını cavablandıran klub rəsmisi fikirlərini bildirib: "Qarabağ" bu gün Qarabağımızı, Azərbaycanımızı layiqincə təmsil etdi. Bu, xalqımızın, Azərbaycanın gücüdü. Mən əminəm ki, dünya bu oyuna görə "Qarabağ"ı alqışlayacaq. Bu oyuna görə xalqımızı, cənab prezidentimiz İlham Əliyevi təbrik edirəm. Hesab edirəm ki, "Qarabağ"ın şansı var. Madriddəki oyunda da belə oynasaq, yaxşı olacaq". 

- Yəqin ki, qələbə qazana bilmədiyinizə görə təəssüflənirsiniz...

- Bəli, bizim əla qol epizodlarımız oldu. Bundan başqa, hakim 1-2 epizodda rəqib qapısına penalti təyin edə bilərdi. Dinonun aldığı qırmızı vərəqəyə görə çox narahat oldum. "Atletiko"ya qarşı 18 dəqiqə 10 nəfərlə, son dəqiqələrdə isə 9 nəfərlə oynadıq. Hesab edirəm ki, "Qarabağ" bu gün qələbə qazandı.

- Necə düşünürsünüz, "Qarabağ" belə oyunla Avropa Liqasında böyük uğur qazana bilər?

- Çətn olduğunu etiraf etməliyik. Çünki biz çox ciddi qrupda yer almışıq, bunun adı "ölüm qrupu"du. Baxın, hazırda 1 xalımız var. Qarşıdakı oyunlarda da xal qazansaq, şansımız olacaq.

- Sizcə, "Atletiko" oyun stilinə görə "Qarabağ" üçün ən uyğun rəqibdi?

- "Atletiko" əks hücumda əla təsir bağışlayır. Təkcə "Atletiko" yox, qrupdakı bütün rəqiblərimiz güclüdü. Hesab edirəm ki, "Qarabağ" bütün gücünü ortaya qoymalıdı. Əgər belə olsa, nəticə də olacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right