"Qarabağ"dan daha bir İLK

Bu gün çempionlar liqasının üçüncü turu çərçivəsində ölkə təmsilçisi “Qarabağ” klubu doğma divarlar arasında İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edib.

 Newsport.az xəbər verir ki, Bakıya ilk  qələbəsini qazanmaq üçün gəldiklərini söyləyən qonaqlar buna nail olmayıblar. Gərgin mübarizə şəraitində keçən oyunun ilk yarısında qapılar ağzında kifayət qədər təhlükəli vəziyyətlər yaransa da, tərəflər fərqlənə bilməyiblər.

İkinci hissədə isə azarkeşlər daha həyəcanlı anların şahidi olublar. Qarşılaşmanın 75-ci dəqiqəsində "Qarabağ"ın hücumçusu Dani Ndlovu ikinci sarı vərəqəsini alaraq meydandan qovulub. Bundan sonra qonaqlar təzyiqi bir qədər də artırıblar. Lakin ölkə çempionumuzun inamlı oyunu hesabın dəyişməsinə imkan verməyib, "Atletiko Madrid" 0-0 "Qarabağ"

Bu nəticədən sonra “Qarabağ” Çempionlar liqasında ilk xalını qazanmağı bacarıb və "C" qrupunun sonuncusudur. “Atletiko” ilə fərqimiz o qədər böyük deyil. Madridlilərin aktivində 2 xal var və onlar kvartetdə təmsilçimizi bir pillə qabaqlayırlar. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right