Qrizmann Bakıda məşq etmədi: "Qarabağ"a qarşı oynayacaq?

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Atletiko" oyunöncəsi son məşqinə 

Newsport.az-ın məlumatına görə, Dieqo Simeonenin yetirmələri matçın baş tutacağı Bakı Olimpiya Stadionunda bir araya gəliblər.

"Atletiko"nun hazırlıq prosesinə Antuan Qrizmann qatılmayıb. Fransalı futbolçu başı ağrıdığı üçün oteldə qalası olub. Bundan əlavə, madridlilərin digər aparıcı üzvü Koke də kollektivlə məşqdə iştirak etməyib. O, yarımmüdafiəçi fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, "Qarabağ" – "Atletiko" qarşılaşması saat 20:00-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right