"Atletiko" Bakıda dəstəksiz qala bilər

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Atletiko” Bakıda dəstəksiz qala bilər.

Newsport.az-ın məlumatına görə, azarkeşləri komandanı Bakıda tək qoyacaq.

Klubdan aldığımız məlumata görə oyunu izləmək üçün Madriddən azarkeş gəlməyəcək. İspanları ən yaxşı halda yalnız Bakıdakı azarkeşləri qələbəyə səsləyə biləcək. 

Qeyd edək ki, sözügedən matç oktyabrın 18-i, saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right