"Qarabağ" - "Atletiko" oyununa bilet satışı davam edir

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin III turunda oktyabrın 18-i İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.

Newsport.az xəbər verir ki, artıq qarşılaşmaya təxminən 30 minə yaxın bilet satılıb. Bilet satışına isə böyük maraq var. Hətta 21:00 radələrində də kassaların qarşısında böyük sıxlıq var. Lakin fanatlar məntəqələrdəki kassaların azlığından şikayətlənirlər.

Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər. Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-i, saat 20:00-da start götürəcək. Satış məntəqələri: “Gənclik mall” və “28 mall” “Park Bulvar” (Qarabağ FK Fan-şop) M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti Heydər Əliyev Sarayının kassası Asan Xidmət mərkəzləri Nizami küç. (Nizami k/t yaxınlığı) Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right