"Qarabağ" - "Atletiko" matçına nə qədər bilet satılıb?

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin III turunda oktyabrın 18-i İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.

Newsport.az xəbər verir ki, bu günə olan məlumata görə, artıq qarşılaşmaya təxminən 20 000 bilet satılıb. Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər.

Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-i, saat 20:00-da start götürəcək.

Satış məntəqələri: 

“Gənclik mall” və “28 mall”

“Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right