“Qarabağ” - “Atletiko” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində İspaniyanın “Atletiko” klubunu qəbul edəcək. 

Newsport.az xəbər verir ki, artıq bu qarşılaşmanın biletləri satışa çıxarılıb. Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər.

Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidi.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Satış məntəqələri: 

“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right