UEFA "Beşiktaş"a qarşı araşdırmalara başladı, klub cəzalana bilər

UEFA "Beşiktaş" haqqında araşdırmalara başladı.

Newsport.az-ın məlumatına görə, buna "ağ-qaralar"ın Çempionlar Liqasının II turunun görüşləri çərçivəsində "Leypsiq"lə qarşılaşdığı oyun səbəb olub. Belə ki, matçın 60 dəqiqəsində stadionun işıqlarının sönməsi səbəbindən oyunda təqribən 10 daqiqə məcburi fasilə yaranıb və həmin müddət ərzində komandalar paltardəyişmə otağına yollanıb.

"Beşiktaş" klubunun yaşanan hadisə zamanı məsuliyyətsizlik səbəbi təsdiqini taparsa, klub cəzalanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right