Çempionlar Liqası: Ən çox azarkeş Bakıda qeydə alındı

Çempionlar Liqasının 2-ci turunda keçirilən “Qarabağ” – “Roma” (1:2) matçında rekord qırılıb.

Newsport.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda 67.200 tamaşaçının izlədiyi oyun cari ÇL-in 2-ci turunda ən çox azarkeş toplayan oyundu.

Paytaxtımızda baş tutan qarşılaşma azarkeş sayına görə turun digər 15 matçını üstələyib.

Çempionlar Liqasının qrup mərhələsinin II turunda azarkeş sayı:

1. “Qarabağ” – “Roma” – 67.200

2. “Borussiya” – “Real” – 65.849

3. “Atletiko” – “Çelsi” - 60.643

4. PSJ – “Bavariya” – 49.252

5. “Sportinq” – “Barselona” – 48.575

6. “Mançester Siti” – “Şaxtyor” – 45.310

7. “Spartak” – “Liverpul” – 43.376

8. “Beşiktaş” – “Leyptsiq” - 36.641

9. “Sevilya” – “Maribor” – 34.705

10. “Yuventus” – “Olimpiakos” – 33.460

11. “Bazel” – “Benfika” – 34.111

12. ÇSKA – “Mançester Yunayted” – 29.073

13. “Napoli” – “Feeynord” – 22.577

14. “Anderlext” – “Seltik” – 19.898

15. APOEL – “Tottenhem” – 16.324

16. “Monako” – “Portu” - 11.703

Qeyd edək ki, cari mövsümdə ən çox azarkeş sayı qrup mərhələsinin 1-ci turunda “Nou Kamp”da keçirilən “Barselona” – “Yuventus” görüşündə (3:0) qeydə alınıb. Həmin qarşılaşmanı 78.656 nəfər izləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right