"Barselona" 3 xalı 1 qolla qazandı

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun oyunlarına yekun vurulub.
 

Newsport.az-ın məlumatına görə, H qrupunda qərarlaşan "Sportinq" və "Barselona" Lissabonda üz-üzə gəliblər. Qarşılaşmada qonaqlar 1:0 hesablı qələbə əldə ediblər. Meydan sahiblərinin müdafiəçisi Sebastian Koates 49-cu dəqiqədə qapıların yerini səhv salıb. Bununla da "Barselona" qrupda keçirdiyi hər iki görüşdə qalib gəlməyi bacarıb.

“Sportinq” (Portuqaliya) - “Barselona” (İspaniya) - 0:1
Qol: 
Koates, 49 (avtoqol)

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right